Ötən il 41 erkən evliliyin qarşısı alınıb Cəmiyyət

Ötən il 41 erkən evliliyin qarşısı alınıb

2025-ci ildə Dövlət Komitəsi və Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 60 erkən evlilik halı ilə bağlı araşdırmalar aparılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, aidiyyəti qurumlarla birgə 41 erkən evlilik halının qarşısı alınıb, 12 fakt təsdiqini tapmayıb.