26 Yanvar 11:00
2 058
Piyadaya yol verməyən sürücü saxlanılıb.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunvericiliyin tələbinə əsasən yol ayrıcında sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə bu hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir.
Tədbir zamanı yol ayrıcında bu tələbi pozaraq piyadaya yol verməyən sürücü saxlanılıb, onunla profilaktik söhbət aparılaraq qanunvericiliyin tələbi izah olunub.
"Yollarda təhlükəsiz hərəkət hər birimizin fərdi məsuliyyətidir", DİN-dən bildirilib.
25 Mart 16:20
1 043
25 Mart 16:19
1 204
25 Mart 14:05
1 400