13:07
672
Azərbaycanın Xalq artisti, görkəmli kino və teatr aktrisası Həmidə Ömərova işğaldan azad edilmiş ərazilərdə görülən işlər, sakinlərin öz doğma ata-baba yurdlarına geri dönməsi və Böyük Qayıdışla bağlı təəssüratlarını bölüşüb. Şuşaya səfəri zamanı Cıdır düzünün möhtəşəm mənzərəsindən heyranlığını gizlətməyən sənətkar Qarabağ və Şərqi Zəngəzur bölgələrindəki genişmiqyaslı tikinti işlərinin onda böyük qürur hissi yaratdığını bildirib.
Qeyd edək ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən genişmiqyaslı məlumatlandırma və təşviqat kampaniyası həyata keçirilir. Bu layihə çərçivəsində tanınmış ziyalıların, sənət adamlarının və gənclərin iştirakı ilə xüsusi videoçarxlar hazırlanır.
AZƏRTAC Xalq artisti Həmidə Ömərovanın iştirakı ilə hazırlanan videoçarxı təqdim edir.
14:37
308
4 Fevral 15:21
1 414
4 Fevral 15:20
1 400