Zərdabda yeni doğulmuş körpə Bakıda xəstəxanada ölüb Cəmiyyət

Zərdabda yeni doğulmuş körpə Bakıda xəstəxanada ölüb

Zərdab rayonunda yeni doğulmuş körpə Bakıda xəstəxanada ölüb.

APA-nın yerli bürosunun xəbərinə ğörə, ölüm faktı fevralın 22-də K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda qeydə alınıb. Zərdab rayon sakini olan Tahir Qasımovun iddiasına görə, yeni doğulan nəvəsinin ölümünə həkim səhlənkarlığı səbəb olub: “Uşaqda sarılıq əlamətləri var idi. Zərdab Rayon Mərkəzi Xəstəxanasına apardıq, lakin orada ona səhv diaqnoz qoyuldu. Vəziyyəti ağır olan uşağı Bakıdakı Pediatriya İnstitutuna çatdırdıq, artıq gec idi. Körpə orada həyatını itirdi”.