Direktorların işə qəbulu üzrə 975 nəfər müsahibədə iştirak hüququ qazanıb Cəmiyyət

Direktorların işə qəbulu üzrə 975 nəfər müsahibədə iştirak hüququ qazanıb

Ötən il direktorların işə qəbulu üzrə müsabiqəyə müraciət edən 3036 nəfərdən 975 nəfər müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, hazırda müsahibə mərhələsi davam edir.

Qeyd edilib ki, müsahibə mərhələsinə namizədlər qaydalara uyğun olaraq ardıcıllıq prinsipi əsasında mərhələli şəkildə dəvət edilir. Ardıcıllıqlar namizədin müraciət etdiyi təhsil müəssisəsinin şagird sayından asılı olaraq dəyişir.