Pezeşkian: Regionda sülh üçün vasitəçilik başlayıb
6 Mart 16:06
6 Mart 16:06
6 Mart 12:36
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
Bakıda terror aktı hazırlayan mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Medianın İnkişafı Agentliyi ölkəmizlə bağlı informasiya təxribatlarına qarşı xəbərdarlıq edib
Prezident İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
6 Mart 16:59
1 085
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
“Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən tədbirdə Qarabağ Regional Mərkəzinin aidiyyəti struktur bölmələri, Bərdə Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı və Fövqəladə Hallar Komissiyasının məsul şəxsləri, eləcə də ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti iştirak edib.
Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
6 Mart 18:44
994
6 Mart 17:43
1 204
6 Mart 16:28
1 127



