ANAMA azad edilən ərazilərdə qəbiristanlıqlarda mina təhlükəsi ilə bağlı müraciət edib Cəmiyyət

ANAMA azad edilən ərazilərdə qəbiristanlıqlarda mina təhlükəsi ilə bağlı müraciət edib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Novruz bayramı öncəsi vətəndaşlara müraciət edib.

ANAMA-dan verilən xəbərə görə, agentliyə işğaldan azad edilmiş ərazilərdə yerləşən qəbiristanlıqlara Novruz bayramı günlərində vətəndaş ziyarəti ilə bağlı çoxsaylı müraciətlər daxil olur. "Vətəndaşlarımızın doğma torpaqlara və əzizlərinin məzarlarına baş çəkmək istəyini anlayışla qarşılayırıq. Lakin unutmayaq ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də mövcuddur. Qeyd edək ki, bir çox qəbiristanlıqlar minalanmış ərazilərdə yerləşir və bu kimi ərazilərdə mina hadisələri də baş verib. Bu səbəbdən hər kəsi səbirli olmağa və müvafiq dövlət qurumlarının müəyyən etdiyi qaydalara əməl etməyə, bələd olmadığınız ərazilərə daxil olmamağa çağırırıq", müraciətdə deyilir.

ANAMA vətəndaşlara aşağıdakıları tövsiyə edib:

Yalnız icazə verilmiş və təhlükəsiz elan edilmiş yollarla hərəkət edin;

Mina təhlükəsi işarələrinin göstəricilərinə diqqət edin;

Çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməyin;
Tanımadığınız əşyalara toxunmayın, təhlükəli ərazilərə yaxınlaşmayın;

Təhlükə anında aidiyyəti qurumlara məlumat vermək (805, 102 və ya 112) tövsiyə olunub.

ANAMA azad edilən ərazilərdə qəbiristanlıqlarda mina təhlükəsi ilə bağlı müraciət edibANAMA azad edilən ərazilərdə qəbiristanlıqlarda mina təhlükəsi ilə bağlı müraciət edibANAMA azad edilən ərazilərdə qəbiristanlıqlarda mina təhlükəsi ilə bağlı müraciət edib