16:50
665
“AzerGold” QSC-nin təşəbbüsü ilə Ramazan və Novruz bayramları münasibətilə növbəti sosial məsuliyyət layihəsi reallaşdırılıb. Şirkət tərəfindən təşkil olunan aksiya çərçivəsində Daşkəsən və Göygöl rayonları ərazisində hasilat və istehsal fəaliyyəti aparılan mədənlərin ətrafında yerləşən yaşayış məntəqələrində yaşayan ailələrə bayram sovqatları təqdim edilib.
Daşkəsən Rayon İcra Hakimiyyəti və Göygöl Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə həyata keçirilən aksiya zamanı şəhid ailələrinə və müharibə iştirakçılarına səmimi bayram təbrikləri çatdırılıb. Ümumilikdə 400-ə yaxın ailəyə gündəlik ərzaq səbətinə daxil olan müxtəlif məhsullardan ibarət sovqatlar paylanılıb.
Təşəbbüsün əsas məqsədi bayram günlərində yerli icmalara dəstək göstərmək, sosial rifahın yüksəldilməsinə töhfə vermək və şirkətin fəaliyyət göstərdiyi bölgələrdə yaşayan əhali ilə həmrəyliyi gücləndirməkdir.
Cari ildə fəaliyyətinin 10 illiyini qeyd edən “AzerGold” QSC bundan sonra da ənənəvi olaraq dövlətin sosial yönümlü proqramlarına dəstəyini davam etdirməyi, fəaliyyət göstərdiyi regionlarda müxtəlif sosial layihələrin icrası ilə icmaların inkişafına töhfə verməyi planlaşdırır.
Cavid

