FHN: Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti olmayıb Cəmiyyət

FHN: Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti olmayıb

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnituda zəlzələ qeydə alınıb.

Bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, zəlzələ ölkənin cənub rayonlarında 4-3 bal hiss olunub.

"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - məlumatda vurğulanıb.