Azərbaycanın İran siyasəti: praqmatizm, balans və yeni imkanlar - TƏHLİL
Prezident Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib - FOTO
Şiviloğulları ocağının yurd həsrətli oğlu İsgəndər İsmayıl oğlu | SƏMƏD VƏKİLOV YAZIR
ADSEA sədri ərazidə kollektorun tikinti-bərpa işlərinin gedişatı ilə tanış oldu - FOTO/VİDEO
16:01
812
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən nəqliyyat sektorunda yeni dövlət standartları qəbul edilib.
Bu barədə AZSTAND-dan məlumat verilib.
Məlumata görə, qəbul olunan standartlar BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) müvafiq qaydaları əsasında hazırlanıb.
Qəbul edilən övlət standartları M və N kateqoriyalı mexaniki nəqliyyat vasitələrinin hərəkət şəraitində yaratdığı səs-küy səviyyələrinin ölçülməsi və qiymətləndirilməsi, elektromaqnit uyğunluğunun təmin edilməsi, qapı kilidləri, sükan idarəolunma və əyləc sistemləri, təhlükəsizlik kəmərlərinin bərkitmələri, oturacaqların və başaltıların möhkəmliyi, nəqliyyat vasitələrinin xarici çıxıntıları və fənərlərdə istifadə olunan lampaların texniki göstəricilərinin qiymətləndirilməsi və təhlükəsizliyi sahələrini əhatə edir.
Sözügedən dövlət standartı layihələri “2026-2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı”nın icrası çərçivəsində Baş Dövlət Yol Polisi İdarəsinin sədrlik etdiyi “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 19) təqdimatı əsasında AZSTAND tərəfindən qəbul edilib və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.