Xoylu fəal Ehsan Nəsrullahi həbs edilib Güney Azərbaycan

Xoylu fəal Ehsan Nəsrullahi həbs edilib

Xoylu fəal Ehsan Nəsrullahi həbs edilib. Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən olan milli fəal son iki ayda üçüncü dəfədir həbs edilir.

Gunaz.tv

Milli fəal dekabrın 31-də təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Xoy həbsxanasına köçürülsə də, onun həbs xəbəri gec ictimailəşdirilib.

Ehsan Nəsrulahı bundan öncə 7 oktyabrda "etiraz aksiyalarına çağırış" ittihamına görə həbs edilmiş və iki gün sonra 100 milyon tümən girov qarşılığında sərbəst buraxılmışdır.

Bir müddət sonra 17 noyabrda yenidən saxlanılan milli fəal bu dəfə 500 milyon tümən girov qarşılığında 30 noyabra azad edilmişdir.