BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq Güney Azərbaycan

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın bu gün martın 23-də "Ərk"-Azərbaycan İnsan Haqqları Cəmiyyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 52-ci iclası ilə eyni vaxtda Cenevrədə keçirəcəyi konfransda iştirak edəcək.

Gunaz.tv

2018-ci il iyunun 5-də Caved Rəhmanın namizədliyi BMT-nin İnsan Haqları Şurasının prezidenti tərəfindən BMT-nin İran üzrə xüsusi məruzəçisi vəzifəsinə irəli sürülüb və o, bu vəzifəyə 14 namizəd arasından seçilib.

Qeyd edək ki, Güney Azərbaycanda insan haqlarının pozulması, Azərbaycanda ətraf mühitin vəziyyəti və qeyri-fars millətlərin problemləri mövzusunda keçiriləcək konfransdan sonra BMT-nin Cenevrədəki qərargahı qarşısında mitinq təşkil ediləcək.

Konfransın martın 23-də yerli vaxtla saat 11-12 arası keçiriləcəyi bildirilirb.