15 Sentyabr 17:53
19 İyul 2024 12:02
7 931
Məsud Pezeşkianın Prezident seçilməsindən sonra ondan gözləntilərlə bağlı müxtəlif fikirlər və bəyanatlar səsləndirilıib.
Gunaz.tv
Bu qəbildən olan tələblərdən bir neçəsi Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Məhəmmədrza Purməhəmmədi tərəfindən səsləndiriıib
O, Təbrizin "Azərəncümən" nəşrinə müsahibəsində bir neçə məqama toxunub.
"Azərbaycanlılar yeni hökumətin tərkibinə azərbaycanlı mütəxəssislərin cəlb olunması ilə bu günə kimi olan ayrı-seçkiliklərin aradan qaldırılmasını istəyirlər",- Purməhəmmədi deyib.
Keçmiş vali, azərbaycanlıların ölkədə ümumi birliyin qurulmasındakı rolundan danışıb və buna görə də mərkəzi əyalətlərlə fərqin azalması, ədalətli vəziyyətin yaranması üçün Azərbaycan əyalətlərinə diqqət göstərilməsinin vacibliyini söyləyib.
Məhəmmədrza Purməhəmmədi Məsud Pezeşkianın prezident seçilməsini azərbaycanlılar üçün tarixi fürsət adlandırıb, balanslaşdırılmış inkişafın reallaşması üçün səlahiyyətlərin ədalətli bölüşdürülməsini və mərkəzsizləşdirmə siyasətindən imtina etməyi təklif edib.
15 Sentyabr 13:41
952
15 Sentyabr 13:40
875
15 Sentyabr 13:40
826