Qrossi ABŞ-ın nüvə sınaqlarını əsas problem adlandırıb
14 Noyabr 16:16
14 Noyabr 16:16
14 Noyabr 14:16
7 Aprel 2021 15:17
6 909
Şərqi Azərbaycan əyalətinin Sarab və Bostanabad şəhərlərində neft ehtiyatlarının tapılması ehtimalı var.
“İSNA” xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə Səhənd Texnologiya Universitetinin Neft və Qaz Tədqiqat İnstitutunun rəhbəri Əlirza Təbatəbayinejad bildirib.
Onun fikrincə, Şərqi Azərbaycan əyalətinin bəzi bölgələrində neft yataqlarının olması ehtimalı var. Lakin, o hələ bu yataqlarla bağlı tədqiqatın davam etdiyini bildirib.
Təbatəbayinejadın dediyinə görə, araşdırmalar nəticəsində Bostanabad və Sarabda karbohidrogen olduğu təsdiqlənsə, həcmi əlverişli olsa, tədqiqatlar davam edəcək və seysmologiya işləri aparıldıqdan sonra ilk axtarış quyusu qazılacaq.
2019-cu ilin əvvəllərində İranın xəbər agentlikləri Şərqi Azərbaycanın Sarab şəhərində neft yataqlarınn rəsmilər tərəfindən təsdiqləndiyini bildirmişdilər. Sarabın İran parlamentindəki nümayəndəsi 2016-dan bölgədə neft axtarış tədqiqatları aparıldığını bildirmişdi.
Daha öncə Güney Azərbaycanın Ərdəbil əyalətində yerləşən Muğan bölgəsində neft yataqlarının olması təsdiqlənmişdi.
Muğanda, Biləsuvar şəhərinin Qırlı bölgəsində olan iki neft blokunun ehtiyatlarının dörd milyard bareldən çox olduğu təxmin edilir.
Gunaz.tv
14 Noyabr 10:06
1 274
13 Noyabr 10:21
1 813
12 Noyabr 12:11
2 275