Qətər əmiri Zidanın PSJ-nin baş məşqçisi olmasını istəyir İdman

Qətər əmiri Zidanın PSJ-nin baş məşqçisi olmasını istəyir

Qətər əmiri Təmim bin Həməd Al Tani Zinəddin Zidanı PSJ-nin baş məşqçisi kimi görmək istəyir.

Bu barədə sosial şəbəkələrdə jurnalist Fabris Hokins məlumat verib.

Onun sözlərinə görə, Qətər əmiri digər variantları nəzərdən keçirmir, lakin mütəxəssislə hələki razılaşmaq mümkün olmayıb.

Həmçinin, komanda Zidan və gələcək idman direktoru Luis Kamposun birlikdə işləyə biləcəyinə şübhə edir.