

Futbol üzrə Misli Premyer Liqasının XXXIII turuna start verilib.
Xalqcebhesi.az xəbər verir ki, "Zirə" öz meydanında "Turan Tovuz"u qəbul edib. Görüş meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.
“Zirə” xallarının sayını 67-yə çatdırıb. Bununla da turnir cədvəlində ikinciliyi təmin edib. Tovuz təmsilçisi 49 xalla dördüncü pillədə qərarlaşıb.