İspaniya klubu futbolçusu ilə müqavilə müddətini uzadıb İdman

İspaniya klubu futbolçusu ilə müqavilə müddətini uzadıb

İspaniyanın "Atletik" klubu futbolçusu Niko Uilyamsla müqavilə müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı hücumçunun yeni sözləşməsi 2035-ci ilin yayınadək nəzərdə tutulub.

İspaniya millisinin üzvünün satın alınma qiyməti 50 faizdən çox artırılıb. Niko Uilyamsın yay transfer dönəmində "Barselona"ya keçəcəyi gözlənilirdi.

Qeyd edək ki, Bilbao təmsilçisinin yetirməsi 2021-ci ildən əsas komandada çıxış edir. O, 2024-cü ildə İspaniya yığması ilə Avropa çempionu olub.