

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, son oyun günündə iki qarşılaşma təşkil olunacaq.
Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın II raunddakı potensial rəqibləri olan İrlandiyanın "Şelburn" və Şimali İrlandiyanın "Linfild" komandaları cavab oyununda üz-üzə gələcəklər.
Günün digər cavab matçında isə Belarusun "Dinamo" (Minsk) klubu ilə Bolqarıstanın "Ludoqorets" kollektivi qarşılaşacaq.
Komandalar arasında ilk görüşlərdə İrlandiya və Bolqarıstan təmsilçiləri rəqiblərinə minimal hesabla qalib gəliblər - 1:0.
Hər iki oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.