
Pezeşkianın Azərbaycan siyasəti: tarixi fürsət və təhdidlər
6 Avqust 23:33
İyulun 16-17-də keçirilən çimərlik güləşi üzrə Azərbaycan çempionatın təşkilində məqsəd çimərlik güləşi üzrə milli komandanın heyətini formalaşdırmaq və qarşıdan gələn yarışlara, o cümlədən 2026-cı ildə Dakarda baş tutacaq Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlıqlara erkən start verməkdir.
Qeyd edək ki, Çimərlik güləşi üzrə Azərbaycan çempionları arasında Günel Kərimli (55 kq) də var. Gənc güləşçi Günel Kərimli 15 yaş kateqoriyasına daxil olsa da, 17 yaşlı idmançılar arasında təşkil olunan yarışda mübarizə apararaq birinci yeri qazanıb. Yarışla təəssüratlarını bölüşən Günel bu qələbənin onun üçün sadəcə bir medal deyil, həm də gələcək uğurların təməli olduğunu bildirib: "Mən 15 yaş qrupuna aid olsam da, özümə güvənərək 17 yaş qrupu arasında keçirilən yarışda iştirak etməyə qərar verdim. Bu, mənim üçün həm fiziki, həm də psixoloji baxımdan böyük sınaq idi. Yarış ərzində çətin anlar oldu, amma hər görüşdə mübarizə apardım və nəticədə çempion oldum. Bu qalibiyyət mənim üçün böyük əhəmiyyət daşıyır, çünki daha yüksək yaş qrupu ilə rəqabət apararaq öz potensialımı göstərdim. Qalibiyyətim mənə böyük güvən və motivasiya verdi".
Günel, qazandığı bu uğurun arxasında dayanan insanlara da xüsusi təşəkkürünü bildirib: "Bu uğurumda əməyi keçən hər kəsə minnətdaram. İlk növbədə Azərbaycan Güləş Federasiyasına göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Hər zaman yanımda olan və mənə inanaraq dayanmadan çalışan müəllimlərimə, xüsusilə də məşqçim Elvin Aslanova minnətdaram. Ən böyük dəstəyi isə ailəmdən görürəm – onların sevgisi və mənə olan inamı hər zaman mənə güc verir".
Günel Kərimli gələcək planları barədə də danışıb və məqsədinin beynəlxalq arenalarda Azərbaycanı uğurla təmsil etmək olduğunu bildirib:
"Qarşıda daha böyük hədəflərim var – Avropa və dünya çempionatlarında iştirak etmək və ölkəmi layiqincə təmsil etmək istəyirəm. Bunun üçün daha çox çalışacağam, öz üzərimdə daim işləyəcəyəm və qələbələrimi davam etdirməyə çalışacağam".
Xatırladaq ki, Kərimli Günel Nicat qızı 2011-ci ildə Beyləqan rayonunda doğulub. Hazırda Abşeron rayonunun Xırdalan şəhərində yaşayır. Xırdalandakı 7 nömrəli tam orta məktəbin 8-ci sinif şahirdidir. O, 3 ildir ki, güləşlə məşğul olur. 3 qat Azərbaycan birincisidir. Həmçinin xarici ölkələrdə keçirilən bir sıra beynəlxalq yarışlarda qalib gələrək Vətənə medalla qayıdıb.
Gənc güləşçi Günel Kərimlinin qazandığı uğurlar təkcə onun deyil, ailəsinin də qürur mənbəyidir. Onun anası Şəfəq Şərifova da qızının uğurunu böyük sevinclə qarşılayıb və Günelin bu nəticəyə gəlişindəki əzmindən danışıb: "Günel bu nailiyyətə asanlıqla çatmayıb. Öz üzərində çox çalışır, hər məşqə canla-başla qatılır. Nə əldə edibsə, hamısı onun öz zəhmətinin, alın tərinin nəticəsidir. Valideyn olaraq biz onun bu əzmini görür və dəstəkləyirik. Günelin ən böyük üstünlüklərindən biri də odur ki, çətinliklərdən qorxmur, hər zaman irəli baxır”.
Şəfəq Şərifova, qızının uğur yolunda onu daim dəstəkləyən və istiqamətləndirən məşqçisi Elvin Aslanovun rolunu da xüsusi vurğulayıb: "Məşqçisi Elvin Aslanovun da əziyyəti danılmazdır. O, Günelin uğurlarına böyük əmək sərf edib, hər addımda yanında olub. İnanıram və arzulayıram ki, Elvin müəllim onunla yoluna sonadək davam etsin. Belə bir müəllimin yanında olması Günel üçün böyük şansdır".
Bu sözlər, gənc idmançı Günel Kərimlinin qazandığı uğurların təkcə şəxsi zəhmətin deyil, həm də ailə dəstəyi və peşəkar rəhbərliyin vəhdətindən doğduğunu göstərir.
Cavid