Türkiyə Super Liqası: “Qalatasaray” 7 oyunda 7 qələbə qazanıb İdman

Türkiyə Super Liqası: “Qalatasaray” 7 oyunda 7 qələbə qazanıb

Türkiyə Super Liqasında VII tura start verilib.

Xalqcebhesi.az xəbər verir ki, lider "Qalatasaray" "Alanyaspor"un qonağı olub.

Görüş "sarı-qırmızılılar"ın üstünlüyü ilə keçib. Hesab ilk yarıda açılıb. Mauro İkardi fərqlənib. Bu qol matçda yeganə olub - 1:0.

Bununla da, "Qalatasaray" yerli çempionatda ardıcıl 7-ci qələbəsini qazanıb. Komanda liderliyini davam etdirir.

Türkiyə Super Liqası
VII tur

"Alanyaspor" - "Qalatasaray" 0:1