ABŞ bəzi Malayziya mallarına rüsumların ləğvini nəzərdən keçirəcək Dünya

ABŞ bəzi Malayziya mallarına rüsumların ləğvini nəzərdən keçirəcək

ABŞ Malayziyadan gələn bir sıra mallara rüsumların ləğvini nəzərdən keçirməyə hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Asiya ölkəsinin ABŞ-la ticarət danışıqları zamanı nümayəndəsi Məstoora Əhməd Mustafa Bernama-ya müsahibəsində bildirib.

Müzakirə olunan məhsullar arasında mebel, təyyarə hissələri və digər aerokosmik sənaye məhsulları, həmçinin kakao da var. Məstura Əhməd Mustafa, tərəflərin «hazırda qarşılıqlı gömrük rüsumlarına dair sazişin detallandırılması prosesində olduqlarını» vurğulayıb.

Məryəm Quliyeva