

Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin Hindistanla münaqişədə qalib gəldiyini və hazırda sülh üçün çalışdığını deyib.
APA xəbər verir ki, o bunu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı dilə gətirib.
“Bizim qırıcılarımız havaya qalxdı və Hindistanın 7 qırıcısını xarabaya döndərdi. Biz müharibəni udduq, indi isə sülhü udmaq itəyirik”, - Şahbaz şərif bildirib.
Pakistanın Baş naziri Hindistanla əldə olunan atəşkəsdə ABŞ prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb.
“Pakistan prezident Trampın qətiyyətli və uzaqgörən liderliyi sayəsində ərsəyə gələn atəşkəslə razılaşdır. Biz ona bu səbəbə görə minnətdarlığımızı bildiririk. Pakistan prezident Trampın Nobel sülh mükafatında namizədliyini irəli sürüb. Bu bizim sülh üçün edə biləcəyimiz ən az işdir. Prezident Tramp əsl sülh adamıdır” Baş nazir qeyd edib.
“Hərtərəfli müharibə fəlakətli olardı. Müharibədən sonra kim sağ qalıb baş verənləri danışa bilərdi?”, - deyə Şahbaz Şərif ritorik sual verib.