Premyer Liqa: "Şamaxı" "Araz Naxçıvan"la heç heçə edib İdman

Premyer Liqa: "Şamaxı" "Araz Naxçıvan"la heç heçə edib

Misli Premyer Liqasının VI turunda "Şamaxı" öz meydanında "Araz Naxçıvan"la qarşılaşıb.

Xalqcebhesi.az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb.

28-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Rüfət Abbasov fərqlənib. 78-ci dəqiqədə isə qonaqlardan Şarl Boli hesabı bərabərləşdirib.

"Araz Naxçıvan" 11 xalla ikinci, "Şamaxı" 6 xalla səkkizinci pillədə qərarlaşıb.

Turun ötən gün keçirilən oyunlarında "Qarabağ" evdə "Qəbələ"yə qalib gəlib - 2:0. "Zirə" isə səfərdə "İmişli" ilə heç-heçə edib - 1:1.