Rusiyanın Xarkova dron hücumunda 2 nəfər ölüb, yaralananlar var
Həlak olmuş iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub
Emin Əmrullayev Şimali Kipr Türk Respublikasının Baş naziri ilə görüşüb
DTX rəisi: Qlobal və regional gərginliklərə baxmayaraq, ölkədə siyasi sabitlik qorunub saxlanılıb
2 Fevral 12:23
3 115
Misli Premyer Liqasının XVIII turunda “Araz-Naxçıvan”la qarşılaşan “Neftçi” mövsümdə ilk dəfə səfərdə böyükhesablı qələbə qazanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi rəqib meydanında 4:0 hesabı ilə qalib gəlib.
“Ağ-qaralar” sonuncu dəfə belə nəticəyə 2023/2024-cü illər mövsümündə imza atmışdı. Bunu 624 gün gözləyən Bakı klubu 2024-cü il mayın 18-də “Səbail”in meydanında 3 cavabsız qola sevinib.
“Neftçi”nin səfərdəki 4 və ya daha çox top fərqi ilə qələbəsi isə 2022/2023-cü illər mövsümündə qeydə alınmışdı. “Liv Bona Dea Arena”dakı uğurdan 1030 gün əvvəl – 2023-cü il aprelin 8-də “Sumqayıt” qonaqların 4 cavabsız qoluna üzülüb.