“Qərb Türkiyə və Rusiya arasında hərbi toqquşmanın baş verməsini istəmir” Dünya
Məhəmməd Əsədullazadə: "Çünki NATO üzvü olan Türkiyə 5-ci maddə ilə müdafiə olunmalıdır"
Suriyada üstün mövqeyə malik olmaq uğrunda Qərb-Birləşmiş Ştatlar ittifaqı ilə Rusiya arasında gərgin mübarizə gedir. Bu ölkədə vətəndaş qarşıdurması baş verən andan yalnız proseslərə müdaxilə etmək deyil, kənardan müşahidə aparmaqla kifayətlənən məlum ikilik Rusiyanın Suriyada peyda olmasından sonra hərəkətə keçib. İndi ciddi cəhdlə Rusiyanı Suriyadan uzaqlaşdırmaq istiqamətində iş aparılır. Bu prosesdə isə təssüflər olsun ki, Türkiyə önə verilib. Həm Türkiyə, həm də Rusiyanın son illərdə iqtisadi sahədə əldə etdiyi nailiyyətləri həzm edə bilməyən Qərb məlum təyyarə olayından sonra Ankara və Moskvanı bir-birinə düşmən edə bildi. Artıq müşahidə edilən tendensiya ondan ibarətdir ki, Ankara və Moskva bir-birinə qarşı savaşa başlamaq mərhələsindədir. Yaranmış gərgin münasibətlərin normallaşdırılması məqsədilə isə beynəlxalq birlik konkret addımlar atmağa maraq göstərimir. Əksinə tərəflər arasındakı gərginliyi bir qədər də artırılmasına çalışılır. Bəs görəsən bundan sonrakı proseslər necə cərəyan edəcək və Suriyada hansı tərəf daha üstün mövqeyə sahib olacaq?
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirib ki, Suriyada 4 il bundan əvvəl başlayan vətəndaş müharibəsi, artıq qlobal problemə çevrilib: "Suriya, Qərb və Şərqin maraqlarının hesablaşdığı, kimin qalib çıxacağı bir poliqona çevrilib. Suriyada və Yaxın Şərqdə nüfuz uğrunda gərgin mübarizəyə başlayıblar. Bu mübarizədə başda Birləşmiş Ştatlar, onun müttəfiqi Avropa və proseslərə fəal şəkildə müdaxilə edən Rusiyadır. Regionda ziddiyətlərin və böyük dövlətlərin aktiv müharibə fazasına daxil olması, məhz Rusiyanın Suriyaya müdaxiləsi ilə başladı. Rusiyanın Suriyada Bəşər Əsəd rejiminin qalmsını və Aralıq dənizində son qalası olaraq Tarsus və Lazkiyə hərbi bazalarını möhkəmləndirməsi, eləcə də Yaxın Şərqdə güclənməsi istiqamətindəki hərəkətliliyi, bu regionda aktiv siyasət aparan Qərbi və Türkiyəni narahat etməyə bilməzdi. Rusiyanın Suriyada fəal şəkildə güclənməsi və bu regionda əsas söz sahibi olan Türkiyənin hava sərhədlərini pozması, nəticədə Türkiyə tərəfindən Rusiyanın hərbi təyyarəsinin vurulması, əslində Qərbin Kremlin bu siyasəti ilə barışmayacağının bir mesajı idi. Bir müddət öncə Suriya ilə bağlı Birləşmiş Ştatlar və Rusiya arasında Kremldə baş tutan görüşmədə tərəflər müəyyən məsələlərdə "anlaşma" içində olduğunu vurğulasa da, böhranın ciddi şəkildə dərinləşdiyi və Amerikanın Rusiyaya qarşı iqtisadi sanksiyaları uzadaraq yenilərin tətbiq edəcəyi bildirilir. Eyni zamanda, Birləşmiş Ştatların Rusiyanı Yaxın Şərq siyasətində aktiv rol almasına qarşı olması, tərəflərin mövqelərinin bir-birinə ziddiyət təşkil etməsi səbəbindən yaxın perspektivdə böhranın davam edəcəyi gözlənilir. Qərb Rusiyaya qarşı, hazırda neft strategiyasını işə salıb və Rusiyanı ciddi maliyyə sıxıntılarına düçar edərək onun hərbi imkanlarını tükətmək siyasətini aparır. Maraqlı güclər tərəfindən Rusiyanın hərbi canlı qüvvəsinin Suriyada yerüstü əməliyyatlara başlamasını və bununla rüsvayçı şəkildə məğlub duruma gətirilməsinə çalışılır. Bu ərəfədə BMT –də və Cenevrədə Suriyanın gələcəyi ilə bağlı aparılan danışıqlarda səmərəsiz başa çatıb. Onu da qeyd etmək yerinə düşər ki, Rusiya və İranın tutduğu mövqe Suriya münaqişəsinin uzadılmasına xidmət edir. Rusiya öz maraqlarının Əsədsiz təmin olunmayacağını düşünərək ciddi şəkildə dirəniş göstərir".
Onun sözlərinə görə, Rusiyanın Suriyada hərbi iştirakını, orada sülhü və təhlükəsizliyi təmin etmək üçün yalnız NATO-nun müdaxiləsi ilə zəiflətmək olar: "Bu regionda həm Türkiyənin geostrateji maraqlarına, həm də Yaxın Şərqdə sabitliyə nail olunmasına gətirib çıxardar. Ardınca Suriyaya BMT-nin sülhmaramlılarını yeritmək və keçid hökuməti təşkil etmək lazımdır. Ancaq bu zaman proses Qərbin tam qələbəsi ilə başa çata bilər. Amma nədənsə, region da yeni münaqişə ocaqları canlanmaqdadır və xəritəsi genişlənməkdədir".
O, əlavə edib ki, noyabrın 24-də Türkiyənin hava sərhədlərini pozan Rusiyanın "SU-24" hərbi təyyarəsinin Türkiyənin hərbi şahinləri tərəfindən vurulması Ankaranın Rusiyanın Suriyada hərbi iştirakına qarşı bir mesajı və Rusiyanın bu siyasəti ilə barışmayacağını, lazımı addımları ata biləcəyininin göstəricisi idi: "Bu həmçinin NATO-nun cənub cinahının hava sərhəddinin rəqibi tərəfindən pozulması və maraqların toqquşduğu regionda atılacaq yeganə düzgün addım idi. Əgər NATO bu qarşıdurmada Türkiyəni müdafiə etməsəydi, Rusiyanın cavab zərbələri gözlənilən idi. Rusiya çox gözəl anlayır ki, Birləşmiş Ştatlar və NATO Türkiyənin yanındadır və təyyarə onların məlumatlandırılması ilə vurulub. Buna cavab olaraq, Rusiya "S-400" hava hücumundan müdafiə sistemlərini regionda yerləşdirməklə, məhz Türkiyəni təxribata çəkməyə nail olmaq istəyir.Türkiyə iqtidarı ,bu məsələrdə kifayət qədər soyuqqanlı davranaraq ciddi münaqişəyə getmir. Amma bu o demək deyil ki, Türkiyə Suriya maraqlarından vaz keçib. Ankara öz suverenliyinə qarşı hər hansı gözlənilən təhlükə qarşısında istənilən an lazım olan addımı ata bilər. Artıq Türkiyə qoşunlarının Şimali Suriyaya girməsinin mümkünlüyü barədə də xəbərlər yayılır və Türkiyənin buna hazırlaşdığı bildirilir. Birləşmiş Ştatlar da bu məsələdə Türkiyəni müdafiə edərək, Rusiyanı neytrallaşdıra bilər. Bu məsələdə Rusiya iqtisadi sanksiyalarlar daha təsirli sayılır. Rusiya isə öz növbəsində Türkiyəyə qarşı aqressiyası daha da artırmağı, Suriyada Türkiyənin maraqlarını nəzərə almadan hərbi imkanlarını genişləndirməyi, Türkiyəyə qarşı kürd kartından istifadə etməyi düşünür. Türkiyənin cavab tədbirləri gözləniləndi və Ankara bu siyasətin qarşısını almaq gücündədir. Bu arada Türkiyənin İsraillə əlaqələrinin bərpası, Şimali İraqda hərbi kontingentini cəmləşdirməsi, Qətərdə hərbi bazasının yaradılması Rusiya və İran xəttinə qarşı mövqeyin gücləndirilməsidir. Bununla Türkiyə geostrateji mövqeyini gücləndirir və gələcəkdə mümkün tədbirlər almaq imkanlarını genişləndirir. Hazırda isə iki ölkənin qarşı-qarşıya toqquşması real görünmür və ikisi də baş verəcək mümkün toqquşmalardan qaçır".
Ekspert deyir ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü və Krımı işğal etməsi, Moskvanı Qərbin mümkün iqtisadi sanksiyaları ilə üz-üzə qoydu və nəticidə Rusiyanın iqtisadi durumu kəskin olaraq zəiflədi: "Həmin ərəfədə Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyalarına qoşulmayan Türkiyə Rusiya ilə iqtisadi əlaqələri genişləndirdi və Türk axını qaz kəmərinin çəkilməsini gündəmə gətirərək əlaqləri inkişafın pik nöqtəsinə qaldırdı. Təbii ki,Türkiyəni öz yanında görmək istəyən, Qərbi bu iki dövlətin əlaqləri narahat edirdi və mümkün olan vasitələrlə Ankara-Moskva əlaqlərinin qarşısının alınmasına çalışılırdı. Hər iki dövlət ciddi siyasi –iqtisadi əlaqələri genişləndirmək fikrində idilər. Rusiyanın Suriyaya müdaxiləsi və Bəşər Əsəd rejimini dəstəkləməsi iki ölkənin maraqlarının toqquşmasına, məlum təyyarə insdentinin yaşanması ilə iki ölkənin hərbi qarşıdurmaya gətirəcək səviyyədə əlaqələrinin kəsilməsinə səbəb oldu. Qərb bu məsələdə Türkiyəni Rusiyadan uzaqlaşdırdı və Türk axını, digər iqtisadi əlaqələr kəsilərək Qərbin siyasətinə uyğun formalaşdı. Türkiyə Rusiya əlaqələrinin bərpası artıq çıxılmaz durumdadı və onun tezliklə bərpa olunması sual altındadır. Qərbin iki ölkənin əlaqlərinin bərpasında maraqlı olmaması Rusiyanın izolyasiyası və məğlub duruma gətirilməsinə hesablanıb. Türkiyə-Rusiya-İran oxunun yaradılması ilk əvvəldən məlum idi və bunun region üçün doğuracağı nəticələr Qərbi narahat edirdi. Hazırkı situasiyada iqtisadi sanksiyalarla üzləşən Rusiyanın Suriyada İranla birgə hərbi iştirakının nəticələrinin perspektivi yoxdur".
Politoloq hesab edir ki, Qərb Türkiyə və Rusiya arasında hərbi toqquşmanın baş verməsini istəmir: "Çünki, NATO üzvü olan Türkiyə 5-ci maddə ilə müdafiə olunmalıdır. Bu münaqişə isə üçüncü dünya müharibəsinə gətirib çıxara bilər. Təssüf ki, kiçik insdent iki ölkə arasında əlaqləri kəsdi və nəticidə Qərb öz istəyinə çatdı. Regionda gedən münaqişə heç şübhısiz ki, Cənubi Qafqaza da təsirsiz ötüşmür. Rusiya Ermənistanda 102-ci bazasını gücləndirir, işalçı ölkə ilə birgə havadan müdafiə sistemləri qurur. Ermənstan-Azərbaycan münaqişəsində həmsədr institutunda rol alan Rusiya bununla bitərəfliyi pozaraq işğalçıya dəstək verir. Eyni zamanda, status-kvonun saxlanmasında maraqlı görünür. Ümumiyyətlə, Türkiyə-Rusiya əlaqlərinin kəsilməsinin Azərbaycana bir başa təsiri var".