19 Yanvar 2025 19:54
2 086
18:45
Qəzzada qüvvəyə minən atəşkəs çərçivəsində tərəflər arasında girov mübadiləsi başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) 3 girovu HƏMAS-dan təhvil alıb.
Girovlar Netzarim dəhlizinə aparılıb.
Bildirilib ki, HƏMAS 3, İsrail isə 90 girovu sərbəst buraxacaq.
***
Qəzzada azad edilən 3 qadın girov İsrail hərbçilərinə təhvil verilib və tibbi müayinəyə göndərilib.
Bu barədə İsrail ordusunun mətbuat xidmətinin açıqlamasında deyilir.