13 Fevral 2025 12:49
1 897
Xalqcəbhəsi.az Türkiyənin “Demirören” Xəbər Agentliyinə istinadən bildirir ki, Fransanın Qrenobl şəhərində barda partlayış baş verib. Partlayış nəticəsində 2-si ağır olmaqla 12 nəfərin yaralandığı bildirilib.
Polis partlayışa bara atılan əl qumbarasının səbəb olduğunu güman edir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.