28 Fevral 2025 00:43
2 499
Ötən gün axşam saatlarında ruslar Zaporojyeyə hücum ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Zaporojye Administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.
O qeyd edib ki, ruslar “Şahid” PUA-sı ilə çoxmərtəbəli yaşayış binasını vurub:
"Partlayış dalğası yaşayış mənzillərinə, fərdi evlərə və qarajlara ziyan vurub, hündürmərtəbəli binanın yuxarı mərtəbələrindəki mənzillər yanıb".
O əlavə edib ki, hücum nəticəsində bir qadın yaralanıb.