4 Mart 2025 09:12
2 135
ABŞ administrasiyası Kanada mallarına rüsum tətbiq etsə, Kanada da dərhal cavab olaraq rüsumlar tətbiq edəcək.
Bunu Kanadanın baş naziri Castin Trüdo deyib.
"Kanada bu ədalətsiz qərarı cavabsız qoymayacaq. Əgər ABŞ-nin tarifləri bu gün qüvvəyə minərsə, o zaman Kanada ABŞ mallarına 155 milyard dollar, yəni (107,4 milyard ABŞ dolları) 25% rüsumla cavab verəcək", - Trüdonun bəyanatında deyilir.