6 Mart 2025 17:11
1 974
Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla görüşüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat katibi Sergey Nikiforov jurnalistlərə açıqlamasında deyib.
"Zelenski hazırda Fransa prezidenti Emmanuel Makronla görüş keçirir", - o bildirib.
Xatırladaq ki, martın 6-da Brüsseldə Avropa Birliyi ölkələri liderlərinin xüsusi sammiti keçirilir.