11 Mart 2025 19:51
2 975
ABŞ Kanada məhsullarına yeni tariflər tətbiq edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
Belə ki, martın 12-dən Kanadadan gətirilən məhsullara tətbiq olunan 25 faizlik gömrük rüsumları 50 faizədək artırılır.
Tramp bu qərarın Kanada hakimiyyətinin ABŞ-yə verilən elektrik enerjisinə tariflər tətbiq etməsinə cavab olaraq verildiyini vurğulayıb.