Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cəza istənilib
Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
Naxçıvan Ali Məclisinin deputatının mandatına xitam verilməsi məsələsi qaldırılıb
17 Aprel 11:03
2 002
Ukrayna ABŞ ilə strateji faydalı qazıntılar üzrə saziş danışıqlarında əhəmiyyətli irəliləyiş əldə etdiyini açıqlayıb.
Xalqcəbhəsi.az “Demirören” Xəbər Agentliyinə istinadla qeyd edir ki, Ukrayna baş nazirinin birinci müavini Yuliya Svırıdenko açıqlamasında bildirib ki, tərəflər yaxın vaxtlarda anlaşma memorandumu imzalamağa hazırlaşır. Prosesdə ABŞ Prezidenti Donald Trampın da iştirak etdiyi qeyd edilib. Tramp razılaşmanı Ukraynanın Rusiya işğalına qarşı mübarizəsinə son qoymaq yolunda mühüm addım olduğunu, eyni zamanda, bunu ABŞ-nin Ukraynaya verdiyi milyardlarla dollarlıq hərbi yardımın təzminatı kimi gördüyünü bildirib.
Bununla belə, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin keçmişdə aldığı ABŞ hərbi yardımlarını borc kimi tanımayacağını vurğulayıb.
Svırıdenko texniki və hüquqi danışıqların davam etdiyini, ilk addım olaraq isə tərəflərin irəliləyişi qeyd edəcək anlaşma memorandumu üzərində razılaşdıqlarını bildirib.