

30 Aprel 23:33
30 Aprel 23:10
ABŞ-da kommersiya neft ehtiyatları dörd həftəlik artımdan sonra 2 696 min barel azalıb və 440 408 min barel təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-in Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 390 min barel artacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, ABŞ-in neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.