İngiltərə və Fransa Fələstinin tanınması ilə bağlı danışıqlara başlayıb Dünya

İngiltərə və Fransa Fələstinin tanınması ilə bağlı danışıqlara başlayıb

İngiltərə və Fransa Fələstinin bu ilin iyununda tanınması ilə bağlı danışıqlar aparır.

APA xəbər verir ki, bu barədə çərşənbə günü “Guardian” qəzeti məlumat yayıb.

Danışıqları Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Lordlar Palatasında çıxışı zamanı təsdiqləyib.

O qeyd edib ki, iki dövlətin Yaxın Şərq münaqişəsinin həlli yollarının axtarışı ilə bağlı çağırdığı iyun konfransında Fələstinin tanınması məsələsi qaldırılacaq.

"Britaniyanın Fələstin dövlətini tanımasına heç kimin veto hüququ yoxdur. Biz həmişə demişik ki, tanınma özlüyündə son deyil və biz iki dövlətin yaranmasına aparan prosesin bir hissəsi kimi tanınmağa üstünlük verərdik.", - o bildirib.