İranda zəlzələ olub, xəsarət alanlar var Dünya

İranda zəlzələ olub, xəsarət alanlar var

İranda 5 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə dövlət mediası məlumat yayıb.

Zəlzələ Xorasan Rəzəvidə 12 kilometr dərinlikdə qeydə alınıb.

İndiyə olan məlumata görə, zəlzələ nəticəsində 3 nəfər xəsarət alıb.

Bölgədə kiçik dağıntılar olub.