Uitkoff təhlükəsizlik müşaviri olmaq istəmir Dünya

Uitkoff təhlükəsizlik müşaviri olmaq istəmir

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ölkə rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri postunu tutmaq istəmir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Mümkün əvəzedicilər arasında dövlət katibi Marko Rubio və onun müavini Kristofer Landaunun da adı hallanır.

İddia edilir ki, Tramp ​​“daimi namizəd” tapmağa çalışır.

Qeyd edək ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və onun müavini Aleks Vonq vəzifələrdən azad ediliblər.

Bundan öncə “Foks Nyus” iddiasına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff M.Uoltsu təhlükəsizlik müşaviri vəzifəsində əvəz edə bilər.