ABŞ Ordusu 2027-ci ilə qədər uzaqmənzilli raketlərlə təchiz ediləcək Dünya

ABŞ Ordusu 2027-ci ilə qədər uzaqmənzilli raketlərlə təchiz ediləcək

Pentaqon rəhbəri Pit Heqset Ordunun 2027-ci ilə qədər uzaqmənzilli raketlərlə silahlandırılması barədə göstəriş verib.

APA xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Bəyanatda bildirilir ki, bu addım ABŞ Ordusunun satınalma sisteminin islahatı və hərbi qüvvələrin modernləşdirilməsi çərçivəsində həyata keçiriləcək.

“Ordunun rəhbərinə 2027-ci ilə qədər həm quru, həm də dənizdə hərəkət edən hədəfləri məhv edə biləcək uzaqmənzilli raketlərin silahlanmaya daxil edilməsini təmin etmək tapşırılıb”, – deyə qurumun açıqlamasında deyilir.