“Hörmüz boğazı qlobal sabitliyin əsas açar nöqtəsidir”
31 Mart 21:32
31 Mart 21:32
31 Mart 21:28
31 Mart 20:39
08:10
623
İrana qarşı hərbi əməliyyat başlayandan bəri ABŞ ordusunda çoxsaylı yaralanma halları qeydə alınıb.
Bu barədə “ABC News” telekanalı Pentaqona istinadən məlumat yayıb.
Məlumata görə, əməliyyatın başlanğıcından indiyədək 348 ABŞ hərbçisi yaralanıb. Onlardan 315-i artıq xidmətə qayıdıb, azı 10 nəfərin vəziyyəti isə ağır olaraq qalır. Statistikaya əsasən, gündə orta hesabla 11 amerikalı hərbçi xəsarət alır.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Den Keyn yaralanmaların böyük hissəsinin İranın pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində baş verdiyini bildirmişdi.
Rəsmi məlumatlara görə, döyüşlər zamanı ABŞ-ın 13 hərbi qulluqçusu həlak olub.