İraqda "Castrol" neft anbarlarında yanğın baş verib Dünya

İraqda "Castrol" neft anbarlarında yanğın baş verib

İraqda, Ərbil — Mosul magistral yolu yaxınlığında Britaniyanın "Castrol" şirkətinə məxsus neft anbarlarına pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində güclü yanğın başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İraqın "Shafaq News" portalı mənbəyə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, PUA anbarın ərazisinə düşərək böyük yanğına səbəb olub. Bu vəziyyət "çox miqdarda neftin və logistik materialların məhv edilməsinə" gətirib çıxarıb.

Məryəm Quliyeva