

Ukraynanın Zaporojya Hərbi İdarəsinin rəhbəri İvan Fedorov Teleqram hesabında paylaşımında bildirib ki, Rusiya ordusu gecə saatlarında Zaporojya şəhərinə PUA hücumu həyata keçirib.
Fedorov hücum nəticəsində 13 yaşlı uşaq da daxil olmaqla 29 nəfərin yaralandığını açıqlayıb.
Digər tərəfdən, Ukraynanın Dnepropetrovsk Vilayəti Hərbi İdarəsinin rəhbəri Sergiy Lisak da Teleqram hesabında Rusiyanın bölgədə həyata keçirdiyi PUA hücumunda 2 nəfərin yaralandığını qeyd edib.