

Almaniyanın Ştutqart şəhərində sürücü avtomobili izdihamın üzərinə sürüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə şəhər polisinin X hesabında məlumat yayılıb.
Polisin verdiyi məlumata görə, hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisədə şübhəli bilinən “Mersedes” markalı avtomobilin sürücüsü saxlanılıb. Hadisənin qəza olub-olmadığı bəlli deyil.
Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb, yaralılara yerindəcə tibbi yardım göstərilib.