

Ukrayna İsraildə yerləşdirilən “Patriot” hava hücumundan müdafiə sistemi alacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” amerikalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, köhnə modellərdən olan sistem təmirdən sonra yayda İsraildən Ukraynaya göndəriləcək.
Bundan başqa, Almaniya və ya Yunanıstandan da daha bir “Patriot”un Ukraynaya göndəriləcəyi qeyd olunub.