5 May 2025 13:49
2 135
Rusiya mobil rabitə operatorlarının işində nasazlıq yaranıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Moskvanın müxtəlif yerlərində bir sıra operatorlarındə failələr yaranıb.
"Beeline"dən verilən məlumata görə, Moskvada mobil rabitə operatorlardan asılı olmayan səbəblərə görə fasilələrlə işləyə bilər. Wi-Fi-dan istifadə etmək tövsiyə olunur.
Rusiya Vahid Xəbərdarlıq Sistemindən bildirilib ki, bayram günlərində təhlükəsizlik tədbirləri ilə əlaqədar Moskvada internetə çıxış məhdudlaşdırıla bilər.