İrəvan Rusiyaya bu məhsulun ixracını 805 dəfə artırdı Dünya

İrəvan Rusiyaya bu məhsulun ixracını 805 dəfə artırdı

İl ərzində Rusiya kartof idxalını ən çox Ermənistandan artırıb - 805 dəfə (116 ton).

Xalqcebhesi.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

Bildirilib ki, Türkiyədən kartof idxalı 47 dəfə, Gürcüstandan 7 dəfə, Çindən 5 dəfə, Qırğızıstandan isə 3,2 dəfə artıb.

Ötən il Rusiya ən çox kartofu Belarusdan alıb. Rusiya idxalının həcmi 193,8 min ton təşkil edib. Belarusdan sonra Rusiyaya 47,9 milyon dollar dəyərində 75,3 min ton kartof tədarükü ilə Misir ikinci yeri tutub.

Çin 17,3 milyon dollar dəyərində 46,7 min ton tədarüklə üçlüyü tamamlayıb.

Sonrakı yerləri Azərbaycan – 42,5 min ton (18,3 milyon dollar) və Gürcüstan – 8,4 min ton (3,3 milyon dollar) tutub.