Putinin bu qərarını yüksək qiymətləndirirəm - Tramp Dünya

Putinin bu qərarını yüksək qiymətləndirirəm - Tramp

Hesab edirəm ki, biz uzun yol qət etmişik və ola bilər ki, nəsə baş versin, ümid edirik ki, baş verəcək.

Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi barədə danışarkən deyib.

Tramp Rusiya Prezidenti Vladimir Putinin Qələbə Gününün 80 illiyi ilə bağlı atəşkəs elan etməsini də yüksək qiymətləndirib.