

6 May 20:57
Qərbdə bir-birini əvəz edən elitalar elə bir gələcək qurmaq istəyirlər ki, orada nə slavyanlara, nə də digər “ari olmayan” xalqlara yer var.
Xalqcebhesi.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı bildirib.
“Bu ideya əsasında bu gün də nasizm, şovinizm və irqçilik ideologiyası inkişaf etdirilir”, - deyə Lukaşenko qeyd edib.
Prezident əlavə edib ki, slavyanlara qarşı bu münasibət İkinci Dünya müharibəsinin başlamasından çox əvvəl formalaşıb:
“Bizə hökm hələ alman hücumundan əvvəl verilmişdi. Onun Belarus torpağında icrası isə dəhşətli 1132 gün davam etdi”, - Lukaşenko vurğulayıb.