

ABŞ Trampın planları fonunda Qrenlandiya ilə bağlı kəşfiyyat məlumatlarının toplanmasını gücləndirir.
Bu haqda “Wall Street Journal” məlumat verib.
Qəzetin mənbələri xəbər verir ki, ötən həftə ABŞ Milli Kəşfiyyat Xidmətinin direktoru Talsi Gabbard başda olmaqla bir neçə yüksək vəzifəli məmur ABŞ kəşfiyyat agentliklərinə Qrenlandiyanın müstəqillik hərəkatı və ABŞ-ın adada resursların çıxarılmasına münasibəti haqqında daha çox məlumat əldə etməyi tapşırıb.