İraqın baş naziri Türkiyəyə gəlir Dünya

İraqın baş naziri Türkiyəyə gəlir

İraqın baş naziri Məhəmməd Şiə əl-Sudani bu gün Türkiyəyə gəlir.

Xalqcəbhəsi.az “NTV Haber”ə istinadla bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu qəbul edəcək.

Səfər çərçivəsində Türkiyə-İraq münasibətləri, aktual regional və qlobal məsələlər müzakirə olunacaq. Bundan əlavə, “Türkiyə-İraq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı” da keçiriləcək.

İki ölkə arasında əməkdaşlığa dair sənədlərin imzalanması da gözlənilir.