Yaponiyada radioaktiv su sızması baş verib
23 Dekabr 16:18
23 Dekabr 16:18
23 Dekabr 12:49
8 May 08:54
1 925
Şimali Koreya raket sınaqları keçirib. Ölkənin şərqindəki Vonsan bölgəsindən bir neçə qısa mənzilli ballistik raket buraxılıb.
Xalqcəbhəsi.az “Haber Global”a istinadən bildirir ki, şimal-şərq istiqamətində hərəkət edən və maksimum 100 kilometr hündürlüyə çatan raketlər havada təxminən 800 kilometr yol qət edərək Yapon dənizinə düşüb.
Cənubi Koreya Baş Qərargahı raket əleyhinə müşahidə fəaliyyətlərinin ABŞ və Yaponiya ilə yaxından məlumat mübadiləsinin davam etdiyini qeyd edib.
Yaponiya Müdafiə Nazirliyi həmçinin bütün raketlərin milli Eksklüziv İqtisadi Zonadan (Münhasır Ekonomik Bölge, MEB) kənara düşdüyünün təxmin edildiyini açıqlayıb.
- FOTO