

Nigeriyanın Kvande bölgə məmuru Ray Anumve verdiyi açıqlamada heyvandarlıqla məşğul olan Fulani qəbiləsinin çobanlarının Kvande bölgəsindəki kəndlərə hücumlar təşkil etdiyini bildirib. Anumve hücumlarda aralarında uşaqların da olduğu 23 nəfərin öldüyünü, çox sayda insanın isə yaralandığını bildirib.
Qeyd edək ki, aprel ayında Benue əyalətinə silahlı şəxslərin hücumları nəticəsində 100-ə yaxın adam həlak olub.